dini radikalizm və ekstremizmlə mübarizə

Şamaxı icra başçısına yeni birinci müavin təyin olundu

Şamaxı icra başçısına yeni birinci müavin təyin olundu

Şamaxı rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

KONKRET.az xəbər verir ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Şamaxıda tanınmış Şikarovlar nəslinin nümayəndəsidir. Dövlət qulluğunda böyük təcrübəsi olan Hikmət Şikarov peşəkar kadr kimi tanınır.

O, bu təyinata qədər isə Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub.

Haşiyə: Hikmət Şikarov 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə, 2001-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetmə fakultəsini bitirib. Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır. 1989-cu ildə “Qədirbilən əfqan xalqından, 1989-cu ildə Ali Sovet Rəyasət Heyətinin Fərmanı ilə “Beynəlmiləlçi döyüşçü”, “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi, 1991-ci ildə “İctimai asayişin qorunmasında əla xidmətlərinə görə”, 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və digər mükafatlarla təltif olunub

Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR