» » Lukaşenko seçkidə əsas rəqiblərini tutdurduğunu etiraf etdi: “Səhv bir iş görmüşəm?”

Lukaşenko seçkidə əsas rəqiblərini tutdurduğunu etiraf etdi: “Səhv bir iş görmüşəm?”

Lukaşenko seçkidə əsas rəqiblərini tutdurduğunu etiraf etdi: “Səhv bir iş görmüşəm?”

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərindəki rəqibi Sergey Tixanovskinin tutulması üçün “göstəriş verdiyini” söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə 29 iyun bazar ertəsi Azadlıq Radiosu yazır.

Lukaşenko hesab edir ki, siyasi rəqibləri ölkə daxilindəki vəziyyəti sarsıtmaq və “hazırkı hökumətə qarşı hücuma keçmək” istəyirlər.

“Bəli, Tixanovski haqqında göstəriş verdim. Səhv bir iş görmüşəm? Ölkəm üçün narahat olduğum üçün cavabdehəm. İstənilən rolda hələ də məsuliyyət daşıyacağam”. Lukaşenko Minsk bölgəsində sakinlərlə görüşündə belə deyib.

Bundan əlavə, prezident Rusiya rəhbərliyinə “Belgazprombank”ın (Qazprom və “Qazprombank”ın törəmə şirkəti) ətrafında yaranan səbəbləri anlamağı təklif edib, bu zaman daha bir rəqibi Viktor Babarıka həbs olunub.

Xatırladaq ki, növbəti prezident seçkiləri 9 avqustda Belarusda keçiriləcək. Lakin ölkədə 1994-cü ildən bəri rəhbərlik edən hazırkı prezident Aleksandr Lukaşenkonun potensial rəqibləri bu yaxınlarda həbs olunub.

Bununla əlaqədar minlərlə belaruslu rejimin bu cür hərəkətlərinə etiraz olaraq mərkəzi küçələrə çıxıb. Səlahiyyətlilər onların çoxunu həbs edib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031