dini radikalizm və ekstremizmlə mübarizə

Nikol ölümcül səhvlərə yol verdi - Köçəryan

Nikol ölümcül səhvlərə yol verdi - Köçəryan

Ermənistan hökuməti tələyə düşür və çıxış yolu tapa bilmir. Nikol Paşinyan üçün hakimiyyət dövründə edilən səhvlər ölümcül oldu.

Bu fikirləri erməni siyasi şərhçi Akop Koçaryan yazıb.

Onun sözlərinə görə, Ermənistan hökumətini Baş nazirin cəmiyyəti manipulyasiya etmək istedadı qurtarmayacaq.

“İnsanlar özlərini aldanmış kimi hiss edirlər. Gözlədiklərini ala bilmədilər. Hökumət ilk ciddi imtahanda uğursuz oldu. İndi Paşinyan uğursuzluqlarını əsaslandırmaq üçün günahkarları tapmağa çalışır. Artıq Ermənistanda hamı başa düşür ki, acınacaqlı vəziyyətdə olacaqlar. Pandemiya Ermənistan üçün ən böyük pislik simvoluna çevrildi və bu, təkcə cəmiyyəti deyil, hökuməti də ardınca aparır. İnsanların həyatda sağ qalmaq və yaşamaq problemləri var. Hökumətin əlverişli dəyişməsinə ümidlər də azalır. Ermənistan böhran mərhələsinə qədəm qoydu, sonda isə bizi nə gözlədiyi bilinmir. Həm iqtisadi, həm də sosial problemlər gündən-günə ağırlaşır”, – deyə erməni şərhçi qeyd edir. //KONKRET.az

Oxunub: 450
Oxşar xəbərlər
SON XƏBƏRLƏR