dini radikalizm və ekstremizmlə mübarizə

Efiopiya Prezidenti Sahle-Vork Zevde Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Efiopiya Prezidenti Sahle-Vork Zevde Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Vork Zevde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, Efiopiya Prezidentinin məktubunda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Eyni zamanda, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlərin qarşıdan gələn illər ərzində güclənməkdə davam edəcəyinə əminliyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

Oxunub: 401
Oxşar xəbərlər
SON XƏBƏRLƏR