dini radikalizm və ekstremizmlə mübarizə

“Can Azərbaycan və onun geopolitik mövqeyi” müzakirə olunacaq


Azərbaycanın Türkiyədəki Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə “Can Azərbaycan və onun geopolitik mövqeyi” mövzusunda videokonfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, TADƏHF-in rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə reallaşacaq videokonfrans 28 May - Respublika Gününə həsr olunacaq.

Mayın 27-də Türkiyə vaxtı ilə saat 11.00-da başlanacaq videokonfransda səfir Xəzər İbrahim, Milli Məclis Sədrinin müavini Adil Əliyev , Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatları-Sinan Oğan və İsmail Safinin iştirakı nəzərdə tutulub.

İştirakçılar müsəlman-şərqində ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, hərbi işğaldan sonrakı siyasi taleyi və keçdiyi yol, nəhayət keçmiş SSRİ-nin süqutu ərəfəsində müstəqilliyimizin bərpası, qarşılaşdığımız problemlərin səbəbləri və respublikamızın qazandığı uğurlarla bağlı fikir və mülahizələrini bölüşəcəklər.

Oxunub: 438
Oxşar xəbərlər
SON XƏBƏRLƏR