dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı oldu

Azərbaycan və Türkiyənin XİN rəhbərləri arasında telefon danışığı oldu

Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May Respublika Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR