» » Tramp və Makron tezliklə "yeddilik" sammitinin çağırılacağını müzakirə edib

Tramp və Makron tezliklə "yeddilik" sammitinin çağırılacağını müzakirə edib


ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon bağlantısı yaradaraq, yaxın gələcəkdə Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiyanın iştirakı ilə “yeddilik" sammitinin çağırılacağını müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Cad Dir açıqlamasında bildirib.

“Prezidentlər ABŞ və Fransada, eləcə də dünyanın digər ölkələrində iqtisadiyyatların pandemiyadan sonra bərpasını müzakirə ediblər. ABŞ Prezidenti G7 sammitini tezliklə toplamaq istədiyini bildirib”, - mətndə belə deyilir. //Apa.az
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031