dini radikalizm və ekstremizmlə mübarizə

Makron və Conson koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər


Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş Naziri Boris Consonla telefon bağlantısı yaradıb. Telefon söhbətində iki ölkə lideri koronavirus epidemiyası ilə mübarizə sahəsində əməkdaşlığın zəruriliyini qeyd edib.

Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

“Onlar (Makron və Conson) COVID-19-la mübarizədə sıx ikitərəfli, Avropa və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıblar”, - məlumatda belə deyilir.

Fransa Prezidenti və Britaniyanın Baş Naziri sərhədlərdən kənarda koronavirusa yeni yoluxma riskinin artdığını, eyni zamanda virusun yayılmasının milli səviyyədə azaldığını xüsusi qeyd ediblər. //Apa.az

Oxunub: 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR