» » Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov dekabrın 26-da Acarıstan Muxtar Respublikasının yeni təyin olunmuş Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze ilə görüşüb.
Djb.az “Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında səhiyyə sahəsində mövcud əlaqələr və tibb sahəsində birgə əməkdaşlığn inkişafı perspektivləri müzakirə olunub.
Baş konsul 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında Qardaşlıq və əməkdaşlığa dair Memorandum” cərcivəsində hər iki tərəf arasında səhiyyə sahəsindəki olan proqramın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Diplomat Azərbaycanda fəaliyyət göstərən müalicə mərkəzləri barədə nazirə ətraflı məlumat verib, gələcəkdə bu müalicə mərkəzləri ilə Acarıstanda fəaliyyət göstərən müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb. Zaal Mikeladze isə öz növbəsində Acarıstan MR-də fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə baş konsula ətraflı məlumat verib.
Söhbət zamanı, hər iki ölkədə səhiyyə sahəsində görülən işlər, qazanılan uğurlu nəticələr, tibb sahəsində qarşılıqlı təcrübə mübadiləsi məsələləri də diqqət mərkəzində olub. Tibbi turizmin inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728