dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın Malayziyadakı səfirliyi koronavirusla əlaqədar "Qaynar xətt" yaradıb

Azərbaycanın Malayziyadakı səfirliyi koronavirusla əlaqədar "Qaynar xətt" yaradıb

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi akkreditə olunduğu ölkələrdə (Malayziya ilə yanaşı, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşları üçün 24 saat açıq olan "Qaynar xətt" yaradıb.

Bu barədə APA-ya Azərbaycanın Malayziyadakı səfirliyindən bildirilib.

Bununla bağlı, səfirliyin sosial media hesablarında bildirilir:

Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

COVID-19 pandemiyası ilə əlaqədar suallarınız olduğu təqdirdə Malayziyadakı səfirliyimizlə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur:



Mob: +60172398963 (qaynar xətt)

İş: +60342526800.

https://www.facebook.com/Embassy-of-the-Republic-of-Azerbaijan-to-Malaysia-1521274738124300/?epa=SEARCH_BOX

Oxunub: 508
Oxşar xəbərlər
SON XƏBƏRLƏR