dini radikalizm və ekstremizmlə mübarizə

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Parlamentin plenar iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılacaq

Bu gün Milli Məclisin Elm və Təhsil komitəsində “Təhsil haqqında” qanuna dəyişikliklər barədə layihə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Təklif edilən digər dəyişiklik orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə bağlıdır. Orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Oxunub: 426
Oxşar xəbərlər
SON XƏBƏRLƏR