» » AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası Milli Məclisdə olub

AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası Milli Məclisdə olub

AŞPA-nın Referendumu Dəyərləndirmə Missiyası Milli Məclisdə olub Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Referendumu Dəyərləndirmə Missiyası nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, O. Əsədov AŞPA-nın Dəyərləndirmə Missiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan ümumxalq səsverməsini müşahidə etməsinin önəmini qeyd edib.

Milli Məclisin sədri ölkəmizdə keçirilən bütün seçkilər zamanı beynəlxalq təşkilatlardan, müxtəlif ölkələrin parlamentlərindən müşahidəçilərin dəvət edildiyini bildirib. O. Əsədov ümumxalq səsverməsini izləyəcək müşahidəçilərin bir çoxunun artıq Azərbaycanda olduğunu diqqətə çatdırıb. O, müşahidəçilərin referendumun beynəlxalq standartlara uyğun keçirildiyini görəcəklərinə əminliyini ifadə edib.

Missiyanın rəhbəri Aleksandr Nikoloski nümayəndə heyətinin tərkibi barədə məlumat verib. O, AŞPA müşahidəçilərinin ölkəmizdə keçirilən bütün prezident və parlament seçkilərini, eyni zamanda, referendumları izlədiklərini söyləyib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930