dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə XİN: “ABŞ-ın saxta sülh planı ölü doğulub”

Türkiyə XİN: “ABŞ-ın saxta sülh planı ölü doğulub”

“ABŞ-ın saxta sülh planı ölü doğulub. Bu plan problemin ikitərəfli danışıqlar yolu ilə həllini məhv etmək və Fələstin torpaqlarını qəsb etmək məqsədi güdür”.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla verdiyin xəbərə görə, nazirlik ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə açıqladığı Yaxın Şərqdə 100 illik "Əsrin sövdələşməsi" planında Fələstinlə bağlı mövqeni pisləyib: “Fələstin xalqı və torpaqları pulla satın alınmaz. Qüds qırmızı xəttimizdir. İsrailin işğalına haqq qazandıracaq addımlara icazə verməyəcəyik. Qardaş Fələstin xalqının yanında olacağıq. Fələstin ərazilərində müstəqil Fələstin üçün mübarizəmizi davam etdirəcəyik”.

Açıqlamada daha sonra bildirilib ki, Fələstinin qəbul etməyəcəyi hər hansı bir planı Türkiyə də dəstəkləmir: “İşğal siyasətinə son qoymadan Yaxın Şərqə sülh gələ bilməz”.

Qeyd edək ki, Türkiyə Parlamentinin sədri Mustfa Şəntop da ABŞ-ı təktərəfli mövqeyində qınayaraq, bu planın nəticəsiz qalacağını bildirib.

Oxunub: 411
Oxşar xəbərlər
SON XƏBƏRLƏR