» » Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
DJB.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentlər iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31