» » İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu

İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu

İŞİD-in yeni lideri seçildi: ABŞ başına 5 milyon qoydu

İŞİD terror təşkilatının yeni lideri onun ideoloqlarından biri olan Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maul seçilib.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Qardian” yayıb. Qəzet Əmir Əbdül Rəhmanın İŞİD-in keçmiş lideri Əbubəkr Bağdadinin yaxınlarından biri olduğunu yazıb. Onun əslən İraqdan olduğu vurğulanıb.

ABŞ bu şəxsin yaxalanmasıyla bağlı verilən informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.

“Qardian” Bağdadi ilə Rəhmanın 2004-cü ildə ABŞ-ın İraqdakı Kemp-Bukka həbs düşərgəsində tanış olduğunu bildirib. Əmir Əbdül Rəhmanın qruplaşmanın təsisçilərindən biri olduğu və onun ideologiyasının yaranmasında yaxından iştirak etdiyi vurğulanıb. /Axar.az/
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031