dini radikalizm və ekstremizmlə mübarizə

“O, Kəlbəcər və kəlbəcərlilər üçün əlindən gələni əsirgəməyəcək”

“O, Kəlbəcər və kəlbəcərlilər üçün əlindən gələni əsirgəməyəcək”

Bu gündən etibarən 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlamentə seçkilərlə bağlı təbliğat kampaniyasına start verilib. Bu seçkilərdə iştirak üçün müraciət edən və ictimai siyasi fəaliyyəti ilə geniş kütlə arasında nüfuz qazanmış, gənclərin dostu Məmmədov Aqil Sadıq oğlu da var. Aqil Məmmədovun namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınıb.

Bu işdə Aqil Məmmədova sözləri ilə mənəvi dəstək olan yaxınlara, imza verənlərə, imza toplamağa yardım edən hər kəsə minnətdarlığımızı bildiririk! Qeyd edək ki, bizim siyasi kampaniyamız davam edir. Aqil Məmmədovun siyasi kampaniyasında müşahidəçilər, könüllülər, ümumilikdə komanda ətrafında birləşən seçicilər və özünü komandamızda görən, hər hansı bir formada köməyi dəyə biləcəyini düşünən hər kəsi yanımızda görməyə şad olarıq!”

Aqil Məmmədov bildirir ki, parlamentdə olduğu dövrdə Azərbaycanın o cümlədən Kəlbəcərin və kəlbəcərlilərin hüquqlarının beynəlxalq səviyyədə qorunması və nüfuzunun artması üçün əlindən gələni əsirgəməyəcək. Bu bizə daha çox vacibdir. Vacibdir ona görə ki, Qarabağlıdır, Kəlbəcərlidir. İşğala məruz qalan torpaqların azadlığına beynəlxalq ictimaiyyətin nüfuzunun çox faydalı olacağı zərurətdir. Biz bu zərurəti dünyanın hər yerindən görünən ay kimi aydınlatmalı, sayrışan ulduzlar qədər parlatmalıyıq. “Heç bir nəticə bizi arxayın sala bilməz, nə olur olsun biz yolumuzu davam etdirəcəyik, hamımızın sevimlisi, hörmətli namizədimiz bildirir ki, imkanımız və səlahiyyətlimiz çərçivəsində daima kəlbəcərlilərin maddi-mənəvi rifah halının yüksəldilməsinə, xalqımızın sağlamlığı və xoşbəxliyi naminə əlindən gələni etdiyi kimi yenə də edəcək, müstəqil Azərbaycanımızın çiçəklənməsi üçün, dünyada nüfuzunun artması və ən yaxşı səviyyədə tanınması üçün var qüvvəsi ilə çalışacaqdır. “Mən müstəqil Azərbaycanın vətəndaşı kimi, bir kəlbəcərli kimi Kəlbəcərin, Qarabağın azadlığı uğrunda səsimin yetdiyi məkanlara qədər mücadilə edəcəm, inanıram ki, cənab Prezidentimizin apardığı uğurlu siyasəti dəstəkləməyimizlə bizlər qələbə sevincini yaşayacağıq”, ”

Məğrur, fədakar, mübarizliyi ilə hər zaman ayaqda durmağı bacaran Kəlbəcər camaatı ilə fəxr edirəm.

İnanırıq ki, Səsizmiz Həmrəyliyimiz olacaqdır” deyən Aqil Məmmədov məhz siz kəlbəcərlilərin gücünə arxalanır, sizlərdən güc alır və ilhamlanır.

Əziz seçicilər! 9 fevral 2020-ci ildə sizləri səsvermə məntəqələrinə dəvət edirəm və səsimizə həmrəy olmağa çağrıram.

Azər Yadigaroğlu

Oxunub: 539
Oxşar xəbərlər
SON XƏBƏRLƏR