Millət vəkili, tarixçi alim, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı yenidən namizədliyini irəli sürüb.
Djb.az xəbər verir ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat olan görkəmli alim seçicilərinin çoxsaylı müraciətini nəzərə alaraq yenidən bu dairədən namizədliyini verib.
Məşhur alim namizədliyi ilə bağlı bunları qeyd edib:
“Ya Allah! Əziz dostlar! Seçicilərimin çoxsaylı müraciətini nəzərə alaraq yola davam etmək üçün 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyimi bu gözəl gündə – dekabrın 24-də (Bu gün Prezident İlham Əliyevin doğum günüdür) irəli sürürəm. Bütün iddiaçılara hörmət və ehtiramımı bildirirəm. Millətimizə və dövlətimizə xeyirli- uğurlu olsun! İnşaallah!”
Oxunub: 425