dini radikalizm və ekstremizmlə mübarizə

Abbas Musəvi “Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılmasının səbəbini açıqlayıb

Abbas Musəvi “Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılmasının səbəbini açıqlayıb

““Fordu” təsisatında İranla Rusiyanın əməkdaşlığının dayandırılması texniki problemlərlə bağlıdır".

APA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı iki ölkənin ekspertləri araşdırma aparırlar:

"Biz Rusiyanın İranla əməkdaşlıqdan geri çəkildiyini düşünmürük. Əməkdaşlığın dayandırılmasının əsas səbəbi eyni vaxtda iki addımın atılması məsələsidir. Rusiya tərəfi istəyir ki, eyni vaxtda iki işi görə bilib-bilməyəcəyini araşdırsın".

İranın nüvə proqramı ilə bağlı öhdəliklərinin azaldılmasına dair atacağı beşinci addıma gəlincə, XİN sözçüsü bildirib ki, hazırda bu məsələ araşdırıılır:

"Hələlik vaxt var və ümid edirik ki, ərzində avropalılar öz öhdəliklərinə ciddi əməl edəcəklər".

Oxunub: 469
Oxşar xəbərlər
SON XƏBƏRLƏR