» » YAP Suraxanı rayon təşkilatı “Gənc Bələdiyyələr – daha dinamik xidmət” devizi ilə Bələdiyyə seçkilərinə hazırlıq işlərinə start vermişdir

YAP Suraxanı rayon təşkilatı “Gənc Bələdiyyələr – daha dinamik xidmət” devizi ilə Bələdiyyə seçkilərinə hazırlıq işlərinə start vermişdir



23 dekabr 2019 –cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı – “Gənc Bələdiyyələr – daha dinamik xidmət” devizi ilə Bələdiyyə seçkilərinə hazırlıq işlərinə start vermişdir. Rayon partiya təşkilatının tərkibində Seçki Qərargahı yaradılmış, qərargahın üzvləri ilə görüşlər keçirilmiş, onlar üçün bir neçə dəfə treninqlər təşkil edilmiş və vəzifə bölgüsü aparılmışdır. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı “Gənc Bələdiyyələr - daha dinamik xidmət” devizi ilə qoşulduğu seçki prosesində gənc namizədlərə daha çox üstünlük vermişdir. Bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən YAP üzvləri ilə fərdi söhbətlər aparılmış, Yeni Azərbaycan Partiyasının tapşırıq və tövsiyyələri onların nəzərinə çatdırılmışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən 6 qəsəbə Bələdiyyəsi üzrə 88 namizəd irəli sürülmüşdür. (Qaraçuxur – 17 nəfər, Əmircan – 15 nəfər, Bülbülə - 15 nəfər, Yeni Suraxanı – 13 nəfər, Hövsan – 15 nəfər və Zığ – 13 nəfər.)
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930