» » Sona Əliyeva: Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir

Sona Əliyeva: Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir



“Aparılan islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Bütün bunlar ölkə başçısının planlı, düşünülmüş siyasətinin nəticəsidir. Elə ona görə də son kadr islahatları bütün ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, dövlət başçısının apardığı struktur islahatları çevik idarəetmənin daha da inkişafına xidmət edəcək. Onun sözlərinə görə, regionların inkişafı yerli idarəetmə orqanlarının müasir idarəetmə tələblərinə cavab verməsindən də asılıdır.

Millət vəkili deyib ki, kənc kadrlara üstünlük verilməsi də müsbət amildir. Bu baxımdan, Yevlax və Xaçmaz rayonlarının icra başçıları kifayət qədər gənc kadrlardır. Ölkə başçısı onlara güvəndiyini və paytaxtla bölgələr arasındakı fərqin minimuma endirilməsindən bəhs etdi.

“Bu o deməkdir ki, ölkəmizdə gənclər siyasəti dayanıqlı inkişafa hesablanıb. Modern dünyanın çağırışlarına və idarətmədəki innovativ yeniliklərə daha yaxından bələd olan gənc nəsil regionlarda böyük işlər görməyə qadirdir. Cənab Prezident hər zaman gənclərə güvənib. Onlar da ölkə rəhbərinin bu inamını doğrultmalıdırlar. Çevik idarəetmə daha çox gənclərin idarəetmədə rolunun artması deməkdir. Azərbaycanın sürətli inkişafı uğurlu kadr islahatlarından sonra daha da genişmiqyaslı vüsət alacaq. Cənab Prezidentin hədəfi regionlarımızın da tez bir zamanda paytaxtdakı inkişafa yaxın bir yüksəlişi yaşamasıdır. Xalqımız bu inkişafın şahidi olacaq. Çünki görülən işlərin və inkişafımızın əsasında düşünülmüş və uğurlu siyasət dayanır”-deyə, deputat qeyd edib.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829