dini radikalizm və ekstremizmlə mübarizə

II Yelizaveta Britaniyada növbədənkənar seçkilərin keçirilməsi haqqında qanun layihəsini imzalayıb

II Yelizaveta Britaniyada növbədənkənar seçkilərin keçirilməsi haqqında qanun layihəsini imzalayıb

Böyük Britaniya kraliçası II Yelizaveta Birləşmiş Krallıqda dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi haqqında qanunu imzalayıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, bununla da parlamentin hər iki palatasında qəbul edilmiş həmin qanun layihəsi qüvvəyə minib.

Kraliçanın sənədi imzalamasından sonra noyabrın 6-da qanunverici orqanın aşağı palatası – İcmalar Palatası buraxılacaq. Bundan sonra siyasi partiyalar 25 gün ərzində seçki kampaniyası aparacaqlar.

Qeyd olunur ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson növbədənkənar seçkilər vasitəsilə "Brexit" üzrə Avropa İttifaqı ilə sazişin gələcək parlamentdə təsdiqinə nail olmaq fikrindədir. Hakim Mühafizəkarlar Partiyası İcmalar Palatasında səs çoxluğundan məhrum olub və oktyabrın 17-də Aİ ilə razılaşdırılmış sazişi parlamentdən keçirmək imkanını itirib.

Oxunub: 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR