dini radikalizm və ekstremizmlə mübarizə

“Artıq dostlarımı da bezdirmişəm” - MÜSAHİBƏ

“Artıq dostlarımı da bezdirmişəm” - MÜSAHİBƏ

Adil Əliyev: “Bu vətənə xidmət etmək yeyib-içməkdən ibarət deyil”


Bosniyanın Sarayeva şəhərində keçirilən, 2019-cu ilin Kikboksinq üzrə Dünya çempionatı( WAKO ) sona çatdı. Azərbaycan Kikboksinq Fedarasiyasının idmançıları yarışda yüksək nəticələr əldə ediblər. Qazanılan uğurlardan sonra Azərbaycan yarış sıralamasında bir neçə pillə irəliləyərək 59 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Azərbaycan Kinkboksinq Fedarasiyasının prezidenti, millət vəkili Adil Əliyev qazanılan uğurlar və ölkə gündəmində duran məsələrlə bağlı SABAHİNFO.AZ saytına müsahibə verib.

-Adil müəllim. Bosniyanın Sarayeva şəhərində keçirilən dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürüc medal olmaqla ümumi 9 medal qazanıldı. Bu möhtəşəm yarışla bağlı sizin fikirlərinizi bilmək istərdik.


-Bu kimi mötəbər yarışlarda əsas nəticədir. 21 idmançı, 3 hakim, 4 məşqçi heyyəti ilə qatıldığımız yarış bizim üçün gözəl keçdi. Qazanılan medallar, ən əsası Azərbaycan bayrağının arenada dalğalanması qürurvericidir. Təbii ki, gözləntilərimiz daha çox idi. Ancaq alınmadı. Bu yarış bir daha onu göstərdi ki, idmançılarımızın yarış təcrübəsi azdır. Bizim peşəkar idmançılarımız var ki, baxırsan birinci görüşdə məğlub olur. Birinci görüşdə qalib gələn idmançılarımız isə finala qədər gedir. Bütün bunları nəzərə alıb biz yerlərdə çoxlu yarışlar keçirməli, davamlı olaraq beynəlxalq yarışlarda təmsil olunmalıyıq ki, idmançılarımız yarışlarda açılışa bilsinlər. Belə olan halda qazanılan medallarımızın sayı daha da çox olacaq.

-21 idmançı ilə belə uğurun əldə olunacağını gözləyirdiniz?

-Yuxarıda qeyd etdim. Bizim medala layiq elə idmançılarımız var idi ki, elə ilk görüşdə yarış həyəcanı və digər məsələlər onun bacarığını ortaya qoymasına imkan vermədi. Bir məsələni də qeyd etməliyəm ki, ümumilikdə WAKO yarışları çətin olur. Bu yarışlarda dünyanın ən güclü, peşəkar idmançıları rinqə çıxır. Medallar daha çox ola bilərdi. Bu dəfə belə alındı...

-Yarışlarda hakim ədalətsizliyi qaçılmazdır. Bu yarışlarda idmançılarımız hakim ədalətsizliyi ilə üzləşmədi?

-Hakim ədalətsizliyi olur. Bu yarışda isə demək olar ki, biz hakim ədalətsizliyi ilə üzləşmədik.

-Bizdə məlumat var ki, yarış əsnasında Bosniyaya telefon açmısınız. İdmançılara stimul vermisiniz.

-Bəli. Mütəmadi olaraq mən idmançılarla ya görüntülü və ya telefonla əlaqə saxlayırdım. Hər bir idmançımızın yarışını izləyirdim. İdmançımızın hazırlanıb rinqə çıxması, rinqdə hansı fəndlərdən istifadə etməsi və digər prosesləri izləyirdim. Vacib anlarda telefon da açmışam. Tövsiyyələrimi vermişəm.

-Yarışlar artıq başa çatdı. Qarşıda növbəti yarış var. Səhv etmirəmsə Türkiyədə keçiriləcək. İdmançılarımızın çatışmamazlıqlarının aradan qaldırılması istiqamətində hansı addımlar atırsınız?

-Biz hər il Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışlar keçirirdik. Bu il yarışlar Ramazan bayramı günlərinə təsadüf etdiyi üçün bir bunu keçirə bilmədik. Çalışırıq ki, peşəkar və həvəskar yarışlar çox olsun. Yarışların çoxluğu bilavasitə idmançılarımızın yetişməsinə, çatışmamazlıqlarımızın aradan qaldırılmasına şərait yaradır.

- Kikboksinq İdman növünə maraq artır. Yerlərdə zallar açılır. İdmançılar yetişir. Ancaq bunun fonunda maliyyə problemi hələ də qalmaqdadır. Bu problemin həlli ilə bağlı ölkədə fəaliyyət göstərən şirkətlər və digər qurumlara müraciət edirsinizmi?

-Kinboksinq İdmanı elə bir idmandır ki, bu idman növü üzrə çoxlu idmançı yetişdirmək lazımdır. Bizim idmançılarımız var. Ancaq maliyyə imkanları idmançılarımızın beynəlxalq arenalarda təmsil olunmasına imkan vermir. Nüfuzlu şirkətlərə, Milli Məclisdə təmsil olunan bəzi həmkarlarıma müraciət edirəm. Heç biri kömək etmir. İnsanlarımız ümumiyyətlə bu məsələlərə biganədir. Bəzi fedarasiyalar var. 10-15 milyon pul xərcləyirlər biz isə 50 min pul xərcləyirik. Onların da nəticəsi bizim nəticələrdən çox deyil.

-Hökumətə müracətləriniz olubmu?

-Dövlətimizin bu gün başqa problemləri də var. Biz bu gün bu məsələlərlə dövləti narahat etmirik. Hökumət Gənclər və İdman Nazirliyi bizə maksimum köməklik göstərir. Onlardan razıyam. İstənilən müraciətlərimizi cavabsız qoymurlar. Bu məsələ elə bir məsələdir ki, buna təkcə dövlət qurumu deyil. İnsanlar da dəstək olmalıdırlar. Bir sıra iş adamı var ki, öz şəhidinə, öz qazisinə biganə yanaşır. Onlar idmançılarımıza da biganə yanaşır. Onların işi ancaq yeyib işməkdir. Heç kabinetdən başını kənara çıxarmır ki, görək çöldə nə var, nə yox. Bir idmançının başını tumarlayıb, cibinə pul qoyub yarışa göndərmək bunlara ağır gəlir. Çünki milli deyillər. Bu vətənə xidmət etmək yeyib-içməkdən ibarət deyil.

-Siz bir çox tədbirlərə qatılırsınız. Bu problemə toxunursunuz.

-Bütün problemlərin başında biganəlik durur. Ölkəyə bağlı olmamaq durur. Milli şüurun, milli təfəkkürün olmaması durur. Ona görə də, problemlərin həlli üçün milli dəyərlərə qiymət verən gənclərimizin yetişməsi, onların savadlı olması lazımdır. Bu yaxınlarda bizim xanım balamız Arzu Məmmədova ABŞ-da Pozlerin cavabını verdi. Bu hadisə məni o qədər sevindirdi ki, o qədər razı qaldım ki, bax belə övladlarımız var. İstəyərdim ki, burda, xaricdə təhsil alanlar bu cür fəal olsunlar. Yəni, heç nəyə baxmadan milli marağı qorumalısan. Milli marağı heç nəyə qarışdırmaq olmaz. Ac da qala bilərsən, susuz da qala bilərsən. Ancaq milli marağı heç nəyə qurban verməməlisən. Bunlar olmayana qədər biz bu problemləri yaşayacayıq, biganəlik hökm sürəcək. Dövlət başçısı cənab İlham Əliyev bizim qarşımızda bir tələb qoyub. Bu tələb də idmanın kütləviliyini artırmaqdır. Biz də bu tapşırıqı heç bir təmənnasız yerinə yetiririk. AKF heç vaxt təmənna güdməyib. Bizdə hamı maaşsız işləyir. Bizim idarə heyətimiz var, vitse-prezidetlərimiz var. Mənim yaxın dostlarım var hansı ki, onlara müraciət edirəm ki, hərəniz bir idmançıya dəstək olun. Artıq dostlarımı da bezdirmişəm. Bugün bizim işimiz ordan-burdan pul tapıb idmançılarımızı yarışa gönsəririk. Mən də bunu vətənə xidmət kimi qiymətləndirirəm, dəyərləndirirəm. Əfsuslar olsun ki, hər kəs bunu dərk-etmir, başa düşmür.

-Təhsil Nazirliyi ilə əməkdşlığınız var idi. O layihə nə yerdə qaldı?

-Təhsil Nazirliyinə tabe olan müəssisələrin idman zallarında bizim müəllimlər məşqlər keçirlər. Fedarasiya olaraq müəllim çatışmamazlığımız var. Bu səbəbdən bütün məktəbləri əhatə etmək olmur. Burada bir məsələdə var ki, sözügedən zallarda kikboksinq idman növü ilə məktəbin bədən tərbiyyəsi dərsləri keçirilir. Bu da bizim işimizə müəyyən çətinliklər yaradır. Hazırda biz əsas məqsədi klublarımızın çoxaltmasına yönəltmişik. Elə bir şəhər, rayon yoxdur ki, orada klublarımız olmasın. Bununla yanaşı saxta fedarasiyalar, idmançılar və müəllimlərə qarşı mübarizə aparırıq. Kikboksinqdən başı çıxmayanlar klub açır, dərs deyir. Biz onların çoxuna lisenziya verməmişik. Mən istəyirəm ki, hər kəs bu idmanla məşğul olmaq istəyirsə yazıldığı yerdən lisenziya tələb etsin.

-Millilikdən danışdıq. Milli Şura deyilən qurum noyabrın 2-nəı mitinq təyin edib. Hazırkı şəraitdə belə bir aksiyalara nə dərəcədə ehtiyac var?

-Bunların hamısının başında milli düşüncədən kənar insanlar, xarici təsirlərə uyan insanlar dururlar. Bizim Sərbəst Toplaşmaq haqqında qanunumuz var. Qanunda aksiyalarla bağlı bütün müddəalar yetərincə öz əksini tapıb. Qanun çərçivəsində aksiyaların keçirilməsi normaldır. Ancaq bunlar qanunu pozurlar, özləri azmış kimi ətrafda olan insanların istirahət hüquqlarını pozurlar. Hökumət də bu kimi halların qarşısını almaq üçün addımlar atır. Buna da polis zorakılığı deyə don geyindirirlər. Əgər sən mitinq keçirmək istəyirsən sə yer ayrılır. Ayrılan yerdə aksiyanı keçir. Biz də baxaq görək sənin ətrafına nə qədər adam yığışır. 2003-cü ildə biz bunun şahidi olduq. İnsanların maşınlarına, dükanlarına ziyanlar dəydi. Biz bunları görmüşük. O üzdən indiki halda bu kimi icazəsiz aksiyalar yolverilməzdir.

Fikir verin. Aksiyaya çıxan adamlara baxanda bilmək olmur ki, bunlar dini mənsəblərin nümayəndələridir, ya hökumətdən narazı kütlədir, ya müxalifətdir. Heç nəyi aird etmək olmur.

-Mitinqi müxalifət edir, inqilabı Cənab Prezident İlham Əliyev. Dövlət başçısının son kadr dəyişikliyinə necə baxırsınız?

-Atılan bu addımı yüksək dəyərləndirirəm. Yaşlı insanlarımız yorulublar. Ərzələr yazırlar. Dövlət rəhbəri də onların yerinə işini yaxşı bilən, gənc, vətəninə,millətinə başlı olan kadrları həmin vəzifəyə təyin edir. Hər bir dəyişiklik ölkənin yaxşı inkişaf etməsinə xidmət edir. Əsas odur ki, yeni təyin olunan məmurlar vətəndaşlarımız üçün səmərəli fəaliyyət göstərsinlər. İnsanlarımız brokratik əngəllərlə üzləşməsinlər.

-Təcrübə göstərir ki, yaşlı nəsil vəzifədən getmək istəmir. Elə bəzi millət vəkilləri var ki, qarşıdan gələn seçkilərdə iştirak etməkdə israrlıdır.

-Millət vəkillərini xalq seçir. Baxın. 90 yaşında olan insan xalq üçün elə bir iş görə bilər ki, o gəlib millət vəkili olar. Xalq seçəndən sonra Milli Məclis rəhbərliyi deyəcək ki, yox sənin yaşın 90-dır. Sənə seçilmək olmaz? Və ya bir gənc. Milli Məclisə üzv seçilir. Bunu kimsə əmrlə, və ya sərəncamla təyin etmir ki ora.

-Elə millət vəkilləri var ki, nə pleniar iclasda, nə də komitə iclaslarında danışmır..

-Milli Məclisdə danışmamaq fəaliyyət göstərməmək demək deyil. Danışmayan dedikləriniz millət vəkilləri o qədər fəal iş görürlər ki, o insanlarla bağlı danışmaq və ya danışmamaq müzakirə mövzusu deyil. Milli Məclis pafoslu çıxışlar yeri deyil. Orada danışıb nəyisə dəyişə biləcəksənsə ondan danışmalısan. Qanun layihəsinin 3-cü oxunuşunda hər hansı təkliflə çıxış etmək təbii ki, gülüş doğurur.

-Cümlə qura bilməyən deputatlar da var...

-Ola bilər ki, belə hallar olsun. Cümlə qura bilməyən deputatın məsuliyyətini onun seçiciləri daşıyır.

-Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi. Cənab Prezident bir çox məsələyə toxundu. Əsas diqqət çəkən məsələ büdcədə şişirdilmiş rəqəmlərlə bağlı idi. Bu yöndə nə deyə bilərsiniz?

-Baxırsan küçədə hər hansı təmir işi aparırlar. Fəhlələr iş görür onların müdirləri Leksus maşından düşür. Sizə sual edirəm. Bu necə ola bilər? Mən düşünürəm ki, ən çox şişirdilmiş rəqəmlər tikinti sahəsi ilə məşğul olan təşkilatlar tərəfindən həyata keçirilir. Bununla yanaşı həyata keçirilən tenderlərdə şəffaflıq yoxdur. Mən bugünə qədər bilmirəm ki, tenderdə iştirak etmək necə olur? Bir dəfə də olsun tenderlərdə iştirak etməmişəm. Bir dəfə də olsun dövlətin təmir tikinti, idxal və digər əməliyyatlarında iştirak etməmişəm. Cəhd göstərməmişəm. Aidiyyatı qurumlar var. Onlar bu işlərə nəzarət etməlidirlər.

-"Dağlıq Qarabağ Azərbaycanındır !” devizi sizə nəyi ifadə edir?

-Nöqtə ilə bu məsələni sona çatdırmamışıq, sual işarəsi ilə kiməsə sual etməmişik. Nida ilə bu məsələdə qətiyyətimizi nümayiş etdirmişik. Cənab Prezident bunu Soçidə keçirilən mötəbər tədbirdə vurğuladı. Yerində və zamanında deyilən ifadədir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimiz öz üzərinə düşən vəzifəni görür. İşlər aparılır. Bu dünya siyasəti idi ki, biz gəldik buna düçar olduq. Dövlət heç zaman Qarabağdan imtina etməyib. Aprel hadisələri, Günnüt hadisələri bunu bir daha sübut etdi. Tarixə nəzər salaq. Yeganə cənab Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan torpaq itirməyib. Ən azından buna qiymət vermək lazımdır.

Ədil Ədilzadə

Oxunub: 568
Oxşar xəbərlər
SON XƏBƏRLƏR