» » Şahin İsmayılov: Müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi zəruridir

Şahin İsmayılov: Müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi zəruridir


“Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu hər il bu təşkilatların təhsil, mədəniyyət, incəsənət, elm və digər sahələr üzrə həyata keçirdikləri layihələrin dəstəklənməsi üçün maliyyə ayırır və onların beynəlxalq fəaliyyətini dəstəkləyir”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, ölkəmizdə gənclər siyasətinin geniş infrastrukturu var. Belə ki, 40-dan artıq rayon və şəhərdə olan sosial xidmət müəssisələri Gənclər Evləri və Mərkəzləri fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərlə görüşür, onların fikirlərini dinləyir və müvafiq qərarlar qəbul edir.

“Son illərdə dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr müşahidə edilir, dözümsüzlük meyilləri artır. Ümumiyyətlə, dinlərarası və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması bəşəriyyətin əsas vəzifəsidir. Fikrimcə, gənclər arasında mübadilələrin, eyni zamanda, dünyada sivilizasiyalararası dialoqun aparılması yolu ilə bir çox məsələlərin həll edilməsinə nail ola bilərik. Burada isə gənclərin üzərinə böyük işlər düşür. Müxtəlif beynəlxalq fəaliyyətlər vasitəsilə gənclər arasında ünsiyyətin saxlanılması və dialoqun inkişaf etdirilməsi zəruridir”-deyə, Ş.İsmayılov qeyd edib.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829