dini radikalizm və ekstremizmlə mübarizə

Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir



“Ötən 9 ayın yekunları bir daha göstərdi ki, Azərbaycan dinamik inkişafını qoruyub saxlayır, insanların rifah halı və firavan yaşayışı təmin edilir, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi getdikcə güclənir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və atılan addımlar öz bəhrəsini verir. Elə bunun əyani isbatı kimi qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər: “Eyni ilə kənd təsərrüfatı sahəsində reallaşdırılan reformaların, görülən işlərin və dövlət-fermer münasibətlərinin inkişafı kənd təsərrüfatı sahəsində doqquz ayda 7 faizdən çox artımıın olmasına səbəb olub. Əlbəttə ki, dövlət borcu ilə bağlı göstəricilər də qənaətbəxşdir. Çünki, Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz dünya miqyasında 9-cu yerdədir. İnflyasiya da çox aşağı səviyyədədir və 2 faizdən bir qədər çoxdur. Ümumilikdə, demək olar ki, cari ilin doqquz ayı ərzində görülən işlərin çox müsbət nəticələri oldu”.

“Heç kəsə sirr deyil ki, 2019-cu ildə çox ciddi və böyük sosial paket reallaşdı. 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir: “Bütün bunlar onu göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.

Sədaqət Vəliyeva onu da qeyd edib ki, hazırda Azərbaycanın uğurları və nailiyyətilə beynəlxalq təşkilatlar, reytinq şirkətləri tərəfindən təqdir olunur, hətta dünyaya nümunə kimi göstərilir: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirir. “Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanmış hesabat əsasən mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində 37-cidir. Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Eləcə də nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci, MDB məkanında birinci, dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Ikinci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu, biznesi başlamaq baxımından dünyada 8-ci yerdəyik”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir, ölkəmizdə aparılan islahatlar ardıcıl xarakter daşıyır.

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR