dini radikalizm və ekstremizmlə mübarizə

Səbail rayonunda “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi


Oktyabrın 16-da Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi.

Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizim mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak etdilər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirdi. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd etdi ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır.

Tədbir iştirakçılarını 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddətdə formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verdi.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik prinsiplərinə arxalanan İlham Əliyevin modernləşmə və tərəqqi siyasətinin bundan sonra da dövlətimizi böyük uğurlara və yüksək rifaha aparacağını vurğulayan Ş.Hacıyev Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olacağına dair əminliyini ifadə etdi.

Tədbir istedadlı tələbələrin ifasında bədii hissə ilə davam etdi.

Oxunub: 528
Oxşar xəbərlər
SON XƏBƏRLƏR