dini radikalizm və ekstremizmlə mübarizə

“Türkiyə əleyhinə vuruşan erməni kontingenti Ermənistana və Qarabağa üz tutsa...” - politoloqlardan ilginc şərhlər…


“Türkiyənin Azərbaycanla birlikdə Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatlarının keçirməsi ehtimal olunsa da, inandırıcı görünmür. Birincisi, beynəlxalq güclər buna imkan verməzlər. Digər tərəfdən ATƏT–in Minsk Qrupunda təmsil oluna ABŞ və Fransa ümumiyyətlə, Türkiyənin terrorçulara qarşı keçirdiyi əməliyyatları dəstəkləmir”.

Politoloq Arzu Nağıyev bu fikirləri Musavat.com-a açıqlaması zamanı söyləyib. Siyasi ekspertin sözlərinə görə, bu, o vaxt baş verə bilər ki, danılmaz faktlarla PKK-nın və digər qruplaşmaların Suriyadan “erməni” adı altında Dağlıq Qarabağa gəlməsi təsdiq edilsin: “Bundan sonra onları təqib edərək məhv etmək istiqamətində hərbi əməliyyatlar keçirmək mümkündür və təbii ki, Rusiya buna dəstək verməlidir. Məlumdur ki, Rusiyanın təkidi və təklifi ilə Ermənistan Suriyaya müəyyən bir hərbi kontingent göndərib.

Arzu Nağıyev: “Bu işdə təbii ki, Azərbaycan da iştirak etmək hüququna malikdir”

Lakin bu, heç də hərbi tərəfdaşlıq demək deyil. Əgər doğrudan da PKK terrorçuları, o cümlədən onların Türkiyə əleyhinə olan və vuruşan erməni kontingenti Ermənistana və Qarabağa üz tutsa, Türkiyə bütün beynəlxalq qanunlara söykənən hərbi əməliyyatlar keçirə bilər. Düşünürəm ki, bununla da Türkiyə regionda birdəfəlik bu təhdid mənbəyi olan PKK-nın kökünü kəsə bilər. Bu işdə təbii ki, Azərbaycan da iştirak etmək hüququna malikdir və əsas kimi də ərazilərimizdə daima təhdid mənbəyi olan erməni-kürd cinayətkar və terror dəstələrinin məhv edilməsinə zəmin yaranar”…

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR