» » YAP Pirallahı rayon təşkilatının ilk partiya təşkilat sədrlərinin müşavirəsi keçirilib

YAP Pirallahı rayon təşkilatının ilk partiya təşkilat sədrlərinin müşavirəsi keçirilib


Oktyabr 4-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ilk partiya təşkilat sədrlərinin müşavirəsi keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak etdilər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. Vurğulayıb ki, partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Daha sonra Hikmət Şikarov cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırdı. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirdi. Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanıldığını qeyd etdi. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcəyini vurğuladı.

İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.
Oxşar xəbərlər
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031