dini radikalizm və ekstremizmlə mübarizə

Rafael Cəbrayılov: “Deputat vəsiqələrimi girov qoymamışam"

Rafael Cəbrayılov: “Deputat vəsiqələrimi girov qoymamışam"

“Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".

APA-nın məlumatına görə, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: “Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".

R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: "Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq".

O, artıq istirahət etmək istədiyini bildirib.

O, yenidən parlament seçkilərində iştirak edib-etməcəyini haqda düşündüyü deyib: "Allah Kərimdir. Hələ seçkilərə bir il müddət var".

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR