» » Səməd Seyidov: “Azərbaycana Avropa nə qədər vacibdirsə, Avropaya da Azərbaycan o qədər lazımdır”

Səməd Seyidov: “Azərbaycana Avropa nə qədər vacibdirsə, Avropaya da Azərbaycan o qədər lazımdır”

Səməd Seyidov: “Azərbaycana Avropa nə qədər vacibdirsə, Avropaya da Azərbaycan o qədər lazımdır”

“Müxtəlif qüvvələr Azərbaycan haqqında düzgün olmayan rəy yaradır. Ancaq bu gün Azərbaycana Avropa ilə əlaqələri qurmaq nə qədər vacibdirsə, Avropaya da Azərbaycan çox lazımdır”.

Bu sözləri Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın Avropa bürosuna deyib.

Səməd Seyidov payız sessiyası zamanı çıxış edən erməni nümayəndə heyətinin destruktiv çıxışlarının AŞPA-nın prinsiplərinə zidd olduğuna diqqət çəkib: “Biz maraqlıyıq ki, Avropa Şurasında məsul şəxslər Azərbaycana qarşı bu kampaniyanın kökünü, mənbəyini dərk etsinlər. Ermənilər Azərbaycanla bağlı mənfi fikirlər yaratmaq üçün əllərindən gələni edirlər. Onlar Avropa Şurasına yanlış məlumatlar təqdim etməyə, başqa istiqamətə yönəltməyə çalışırlar. Ancaq Avropa Şurasının rəsmiləri bunu başa düşürlər ki, Azərbaycanla əməkdaşlıq edib, konstruktiv yanaşmaq daha çox xeyir gətirir: həm Avropa Şurası, həm də Azərbaycan üçün”.

Səməd Seyidov bildirib ki, AŞPA-nın bugünkü büro iclasında AŞPA prezidenti Lilian Mori Paskye Azərbaycana səfəri haqqında danışıb. “Paskye konstruktiv yanaşmaya münasibətini bildirdi. Biz yalnız AŞPA-nın prezidentinə yox, insan haqları üzrə məruzəçiyə də bütün şəraiti yaratmışıq ki, Azərbaycana gəlsin. Bizim gizlətməyə bir şeyimiz yoxdur. Əksinə bizə maraqlıdır ki, onlar gəlib Azərbaycandakı vəziyyəti görsünlər”.

Səməd Seyidov AŞPA-nın büro iclasında Azərbaycan əleyhinə sənədin gündəmə gəldiyini də deyib: “Bu sənəd tamamilə qeyri-obyektiv bir sənəd olub, məruzə üçün təqdim olunmuşdu. Ancaq mən təkliflərimi verdim, səsvermə isə 12-nin 4-ə Azərbaycanın xeyrinə nəticələndi. Başa düşürlər ki, bu strukturun içində Azərbaycana qarşı işləyən qüvvələr var. Azərbaycana nə qədər çox rəsmi səfərlər olacaqsa və ictimai şəxslərlə ünsiyyətdə olacaqlarsa, Azərbaycana qarşı çalışan bu qrupun yalanı darmadağın olacaq”.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930