dini radikalizm və ekstremizmlə mübarizə

Elman Nəsirov: Azərbaycanın dinamik inkişafını görməyənlər gərək kor olsunlar

[img]http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/42fd7383d12062dbfa2b6dbd68f869df.jpg&w=360[/img]


“Ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verərək Cənubi Qafqazın lider dövləti kimi regionda və daha geniş coğrafiyada sabitləşdirici rol oynayır”.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov bildirib. Qeyd edib ki, ölkəmizin moderatorluğu, liderliyi ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün məkan kimi seçilir.

Elman Nəsirov ölkəmizin beynəlxalq iqtisadi əməkdaşlığına diqqəti yönəldərək bilidirib ki, dünyanın əsas supergüclərindən biri olan Çinin rəhbər dairələrinin Azərbaycana səfərləri intensivləşib. Son dövrlər Azərbaycanla Çin arasında münasibətlər dinamik inkişaf tempinə malikdir. Hər iki dövlət Çinin möhtəşəm layihəsi olan “Bir kəmər, bir yol”” layihəsində yaxından iştirak edir. Xüsusən də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ilk səfərlərindən biri məhz Çinə olmuşdu. Eyni zamanda, Prezident İlham Əliyev Cənubi Qafqazdan Çinin “Bir kəmər, bir yol”” layihəsinə dəvət alan yeganə lider olub.

Fundamental məsələlərdə Pekin ilə Bakı ortaq mövqedən çıxış edir. Ölkəmiz üçün fundamental məsələ ərazi bütövlüyü məsələsidir. Azərbaycan vahid Çin ideyasını dəstəkləyir. Anoloji olaraq Pekin də birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Bu da iki dövlətin mövqeyini siyasi baxımdan yaxınlaşdıran həlledici amildir. Çin dünyanın nəhəng iqtisadiyyatına malikdir. Nəzərə alsaq ki, Çin enerji ehtiyatlarının kasad olduğu ölkələrdəndir, bu baxımdan Bakı ilə Pekinin enerji təminatı sahəsində əməkdaşlığı üçün də yaxşı perspektivlər var. Təkcə neft deyil, qeyri-neft sahəsində də əməkdaşlıq üçün potensial imkanlara malikik. Xüsusən də turizm sahəsində əlaqələrin inkişafı nəzərdən keçirilən məsələlər sırasındadır. Bütövlükdə siyasi dialoqun yüksək səviyyədə olması, xüsusən də son zamanlar Çinin nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin intensivləşməsi, bu dövlətin Azərbaycana yeni səfirinin təyin edilməsi, iki ölkə arasında daha uğurlu gələcək perspektivlər üçün olduqca vacibdir.

Bir müddətdən sonra Çin Xalq Respublikasının yaranmasının yubileyi qeyd ediləcək. Sentyabrın 26-da Çinin Bakıdakı səfirliyi bu yubiley tarixini qeyd edəcək. Azərbaycanla Çin arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi hesab edirəm ki, YAP-la Çin Kommunist Partiyası arasındakı əlaqələr yüksək inkişaf tempinə malikdir. Təsadüfi deyil ki, bu günlərdə YAP təmsilçiləri Çində 10 günlük səfərdə oldular. Bu səfər də göstərdi ki, həm siyasi dialoq, həm iqtisadi və humanitar sahədə əməkdaşlıq baxımından ikitərəfli münasibətlərimiz yüksək inkişaf tempinə malikdir”.

E.Nəsirov qeyd edib ki, Azərbaycanın dinamik inkişafını gözü götürməyənlər də az deyil. Bu il ərzində Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar antiazərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı xaricdəki “mühacir müxalifəti””ndən və daxildəki “beşinci kolon”dan istifadə edirlər. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən islahatların üzərinə kölgə salmaqdır. Onlar, həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür.

Heç şübhəsiz ki, xaricdə və ölkə daxilində radikal mövqe tutanlar kiminsə əlində alət olduqları üçün istifadə olunub atılacaqlar. İnsan vicdan və insaf hissini itirməməlidir. Radikallar baxsınlar ki, regionda nə qədər mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə sabit Azərbaycan var. Onlar xaricdə məskunlaşsalar da, ailələri, qohumları burada yaşayırlar. Yaşadığımız ölkədə əminanamlıq, sabitlik mövcuddur var və bu amillərin təminatçıları var. Bunu görməyənlər gərək kor olsunlar.

Oxunub: 482
Oxşar xəbərlər
SON XƏBƏRLƏR