» » Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Mariya P.Buriçi Avropa Şurasının (AŞ) baş katibi seçilməsi münasibətilə təbrik edib və hazırkı vəzifəsində Azərbaycana səfərə dəvət edib.

APA xəbər verir ki, görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələləri dair fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinə razılıq ifadə edilib.

Nazir Elmar Məmmədyarov AŞ baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirləri arasında Nyu-Yorkda keçirilmiş son görüş barədə məlumat verib. Bu xüsusda münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930