dini radikalizm və ekstremizmlə mübarizə

Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

BMT BA-nın 74-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

APA xəbər verir ki, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər, habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə ediblər.

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR