dini radikalizm və ekstremizmlə mübarizə

Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri ilə görüşüb

Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri Zoran Zaev ilə Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüb.

APA xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər. Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR