dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Prezidenti: “Suriyanın şimalında terror bataqlığını qurudacağıq”

Türkiyə Prezidenti: “Suriyanın şimalında terror bataqlığını qurudacağıq”

"Türkiyənin təhlükəsizliyi NATO-nun və bütün bölgənin təhlükəsizliyi deməkdir. NATO-da müttəfiqimiz və strateji ortağımız olan ABŞ-dan gerçək müttəfiqə yaraşan addım atmasını gözləyirik".

APA-nın xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin səfirləri ilə görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə beynəlxalq təşkilatlarda öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

Türkiyə Prezidenti qeyd edib ki, Suriyanın şimalında terror bataqlığının qurudulması əsas hədəfdir: “Əgər biz bu gün lazım olanı etməsək, gələcəkdə bunun bədəlini ağır şəkildə ödəyə bilərik. Suriyanın şimalında, Türkiyənin cənubunda müttəfiqlərimizin ağır silahları ilə xərçəng ocağı kimi böyüyən bu quruluş ortadan qalxmayınca, Türkiyə özünü əmin-amanlıqda hiss edə bilməz. "Fərat qalxanı" və "Zeytun budağı" hərəkatları ilə başladığımız prosesi yaxın vaxtlarda fərqli mərhələyə gətirəcəyik. Beləliklə də Suriyada barış dəhlizi yaratmış olacağıq. Həm ölkəmizi, həm də Avropanı suriyalı qaçqınların köçündən xilas edəcəyik”.

Oxunub: 518
Oxşar xəbərlər
SON XƏBƏRLƏR