dini radikalizm və ekstremizmlə mübarizə

İraqda türkiyəli diplomatlara hücuma görə 3 nəfər saxlanılıb

İraqda türkiyəli diplomatlara hücuma görə 3 nəfər saxlanılıb

İraq təhlükəsizlik qüvvələri Ərbil şəhərində türkiyə diplomatlara hücumda şübhəli bilinən 3 nəfəri həbs edib.

APA xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.

Saxlanılanlar haqqında hələlik bir məlumat verilmir.

Qeyd edək ki, Türkiyə XİN-in yaydığı açıqlamaya görə, Türkiyə baş konsulluğunun əməkdaşlarına hücum Ərbildəki restoranların birində baş verib. “Sky News Arabia” telekanalı xəbər verir ki, hücumçular iki nəfər olub. Nəticədə baş konsulluğun əməkdaşı öldürülüb.

Oxunub: 472
Oxşar xəbərlər
SON XƏBƏRLƏR