“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu, 15 iyulda da özünü göstərdi. 15 iyulda Azərbaycan xalqının ürəyi Türkiyə ilə idi”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə deyib.
Səfir 15 iyulda göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.
“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”, - E. Özoral vurğulayıb.
O qeyd edib ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz: “Biz birlikdə güclüyük. Əminəm ki, türk xalqı 15 iyulda göstərdiyi birlik və bərabərliyi sona qədər davam etdirəcək”.
Oxunub: 494