dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - Şok

Türkiyənin "S-400 bəlası”: Ərdoğanı nələr gözləyir? - Şok

S-400-ləri ətrafındakı gərginlik Türkiyənin NATO-nu tərk etməsinə səbəb ola bilər. Bu isə Vladimir Putinin “nəhəng qələbə”si olacaq.

Axar.az xəbər verir ki, bu sözləri “Fokus Onlayn” nəşrindəki məqaləsində almaniyalı professor Tomas Yager yazıb.

Onun sözlərinə görə, Ankara ilə Moskva arasındakı müqavilə onsuz da gərgin olan Türkiyə-ABŞ münasibətlərini daha da pisləşdirəcək. Vaşinqton rus texnikası aldığı üçün Türkiyəyə sanksiya tətbiq etməyə vadar olacaq. Donald Tramp bu sanksiyaları bir qədər yubatmağa çalışsa da, hüquqi cəhətdən onlardan tamamilə imtina etməyə imkanı olmayacaq.

Ekspert bildirib ki, Türkiyənin NATO-nu tərk etməsi alyans üçün “böyük geostrateji itki” olacaq.

“Bu variantı istisna etmək olmaz. Burada münaqişənin nəticəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz siyasi gələcəyinə zəmanəti hansı şəkildə görməsindən asılı olacaq. Ankara və Vaşinqton arasında yaranan münaqişə Vladimir Putinin triumfudur”, - professor qeyd edib.

Yagerin fikrincə, hətta Türkiyə NATO-da qalsa belə, alyans üzvləri arasında bir-birinə etimad etməmək fikri çiçəklənəcək. Türkiyə ilə müqavilə sayəsində Rusiyanın dünyadakı reputasiyası getdikcə artacaq, rus hərbçiləri gizli məlumatlara giriş imkanı əldə edəcək. Bu isə xüsusi xidmət orqanları üçün böyük üstünlük yaradacaq.

Almaniyalı politoloq Moskva və Ankara arasında əlaqələrin güclənməsini “beynəlxalq sensasiya” adlandırıb:

“ABŞ-la münasibətlərin zəifləyib, Rusiya ilə güclənməsi Türkiyə üçün böyük siyasi və iqtisadi itkilərə gətirib çıxara bilər. Əvəzi o qədər ağır ola bilər ki, Ərdoğan hakimiyyəti qoruyub saxlamaq üçün Rusiyanın yardımından istifadə edə bilər”.

Oxunub: 554
Oxşar xəbərlər
SON XƏBƏRLƏR