dini radikalizm və ekstremizmlə mübarizə

Misirin Milli günü münasibətilə Bakıda qəbul keçirilib

Misirin Milli günü münasibətilə Bakıda qəbul keçirilib

"Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub".

APA-nın xəbərinə görə, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim ölkənin Milli günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda deyib.

Ölkəsinin müstəqillik tarixindən söz açan səfir Misirlə Azərbaycan arasında dostluq əlaqələri mövcudluğunu diqqətə çatdırıb. O bundan sonra da ikitərəfli əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.


Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qeyd edib ki, Azərbaycanla Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin potensialı çox böyükdür.

O, 2007-ci ildə prezident İlham Əliyevin Misirə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Oxunub: 439
Oxşar xəbərlər
SON XƏBƏRLƏR