» » TÜRK MƏDƏNİYYƏTİNİN YAŞATMA MÜBARİZƏSİ VERƏN SƏNƏT OCAĞI

TÜRK MƏDƏNİYYƏTİNİN YAŞATMA MÜBARİZƏSİ VERƏN SƏNƏT OCAĞI

TÜRK MƏDƏNİYYƏTİNİN YAŞATMA MÜBARİZƏSİ VERƏN SƏNƏT OCAĞI

TÜRKİYƏNİN PAYTAXTI ANKARA ŞƏHƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “ANKARA QAFQAZ RƏQS QRUPU” VƏ ONLARIN QAFQAZ XALQ RƏQSLƏRİ İLƏ YANAŞI TÜRK DÜNYASININ ƏVƏZOLUNMAZ RƏQSLƏRİNİ YAYIB, YAŞATMAQ MÜBARİZƏSİ
Ankarada fəaliyyət göstərən “Ankara Qafqaz Rəqs Qrupu”, Türk dünyasının bənzərsiz rəqslərini, xüsusilə də Qafqaz xalqlarının rəqslərini yaşatmaq üçün mübarizə aparır.
2016-cı ildə Ankarada qurulan qrup, balacadan böyüyə hər yaş qrupundan olan insanlar üçün Türk dünyasına və Qafqaz xalqlarına aid rəqs dərsləri verir. Artıq Türkiyənin paytaxtı Ankarada da Qafqaz rəqsləri həvəskarlarını qarşılayır. Öz hesablarına qrupu saxlamağa çalışan Ankara Qafqaz Rəqs Qrupunun təmsilçiləri, 7-dən 70-ə hər kəsi rəqsə dəvət edir.
Müəllimə Səkinə Muxtarlı, Qafqaz rəqslərinin kənardan çətin görünməsinə baxmayaraq həvəsi olan hər kəsin öryənə biləcəyini deyir. Səkinə Muxtarlı, rəqs sahəsinin bir sənət olması ilə birgə, sözün əsl mənasında bir idman olduğunu da vurğulayır. Həmçinin rəqsin depressiya vəziyyətlərindən çıxmağa, pis vərdişlərdən uzaqlaşmağa, özünə inamı belə arttırmağa köməkçi olduğunu söyləyir. Özü azərbaycanlı olan Səkinə Muxtarlı, rəqsə lap uşaq yaşlarından həvəsi olduğunu, ilk dəfə də Cücələrim Rəqs Ansamblında başladığını dedi. Əlavə olaraq Qafqaz rəqslərinin Türkiyədə həm sevildiyini həm də Azərbaycan xalq rəqslərinin də yayğınlaşdırılmasının iki dost və qardaş ölkənin mədəniyyət əlaqələri yönündən daha da möhkəmlənməsinə dəstək ola biləcəyini söylədi. Səkinə Muxtarlı eyni zamanda milli rəqslərimizi nəinki Türkiyədə həmçinin Avropa ölkələrində də təmsil etdiklərini dedi. Keçən ilin yay aylarında Londonda xalq rəqslərimiz üzrə master-klass keçirtdiyini də bildirdi. Əlindən gəliyi qədər sənətin ən gözəl nümunəsi olan xalq rəqslərini yaşadacağını və yayğınlaşdıracağını özünə borc bildiyini vurğuladı.
"Ritm hissi ilə xalqımızın ruhunu bir yerə gətiririk."
Oğlanlardan ibarət qrupun müəllimi olan Azər Bayramlı isə Azərbaycan xalq rəqsləri başda olmaq üzərə, Gürcüstan, Çərkəz, Dağıstan rəqslərini də öyrətdiklərini dedi. Əslən Qars azərbaycanlılarından olan Azər Bayramlı, "Ritm hissi ilə xalqımızın ruhunu bir yerə gətiririk. İrsi mədəniyyətimizə sahib çıxaraq, onu gələcək nəsillərimizə miras qoyuruq" dedi.
Rəqs etmək və mədniyyətimizi daim zirvələrə çıxartmaq istəyən hər bir şəxsə qapılarının açıq olduğunu söyləyən Bayramlı, hal-hazırda bu ilin İyun ayında Ankarada hesabat konsertlərinə hazırlandıqlarını bildirdi və bütün əqs həvəskarları sənət dolu bir konsertə dəvət etdi.
TÜRK MƏDƏNİYYƏTİNİN YAŞATMA MÜBARİZƏSİ VERƏN SƏNƏT OCAĞI
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930