» » Prezident İlham Əliyev Avstriyanın və İsveçrənin yeni seçilmiş prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Avstriyanın və İsveçrənin yeni seçilmiş prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Avstriyanın və İsveçrənin yeni seçilmiş prezidentlərini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Doris Loythardı İsveçrə Konfederasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Hörmətli xanım Loythard, İsveçrə Konfederasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlət başçısı həmçinin Avstriyanın yeni seçilmiş federal prezidenti Aleksander Van der Belleni təbrik edib: “Hörmətli cənab Van der Bellen, Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik. Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31