dini radikalizm və ekstremizmlə mübarizə

Mən hər zaman obyektiv yazılarımda ağı-ağ, qaranı-qara yazmışam.

Mən hər zaman obyektiv yazılarımda ağı-ağ, qaranı-qara yazmışam.

Haqqsızlıq hər sahədə ola bilər. Amma cəm halda kimlərinsə adını hallandırmaq düzğün deyil. Bir neçə gündür jurnalist Şəfəq Ağacanla bağlı sosial şəbəkədə yazılan fikirlərinin çoxluğu polisləri təhqirə yönəlib. Deyilən iradlarda həqiqətdə var amma razılaşmadığım çox məqamların olduğunuda qeyd etmək istəyirəm.
Polislər deyiləndə cəm hallanır. Bildiyiniz faktlar varsa buyurun adını yazın. Mən hər zaman obyektiv yazılarımda ağı-ağ, qaranı-qara yazmışam. Haqqsızlıqla qarşaraq bizə müraciət edən vətəndaş olubsada cənab nazirə müraciət etmişəm. Və problem operativ həlli yolun tapıb, haqqsızlığa yol verən cəzalanıb və yaxud aydınlıq gətirilib.
Yanan evdən uşaq xilas edən polisimiz...
Əlil arabasında əsgəri yol keçirən polisimiz.. .
Yaşlı insanlara yardım edən polis minlərlə belə misalları faktları ilə sizlərə göstərə bilərəm.
Məni tanıyanlar bilirlər ki, mənim ailəmin çox üzvü DİN-nin əməkdaşı olub dünyasın dəyişənidə var artıq xidmətini başa vurub çalışmayanıda, bu gün də dövlətinə xalqına sədaqətlə xidmət edənidə. Bu səbəbdən polislər haqqında neqativ yazılan hər cümləni təhlil edirəm. Mən tanıdığım polislərdə əsl kişiliy görmüşəm. Mərdlik qeyrət, namus mən belə polislər tanıdım. Atalar misalı var beş barmağın beşidə eyni deyil.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Almaz İlahə
Təsisçi

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR