dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan bu sahəni Petrosyanın adamına verdi

Paşinyan bu sahəni Petrosyanın adamına verdi
Ermənistanın yeni hökuməti iqtisadiyyatın gəlirli sahələrinin bölüşdürülməsi prorsesini davam etdirir.

Djb.az-in Axar.az-a istinadən məlumatına gorə, bu məlumatı “Jamanak” qəzeti yayıb.


“Bizim məlumatımıza əsasən, ölkəyə aviayanacaq idxalı Xaçatur Sukiasyana məxsus SIL konserninə veriləcək. Hər yeni hökumətin dövründə bu sferaya yeni adamlar nəzarət ediblər. Robert Köçəryan bu sahədə monopoliyanı Mikael Bağdasarova, Serj Sərkisyan isə Barseq Bəyləryana verib”, – deyə qəzet bildirib.


Qeyd edək ki, Xaçatur Sukiasyan erməni parlamentinin keçmiş deputatıdır. O, uzun illər Ermənistana əsas benzin idxalçısı olub. Sukiasyan həmçinin Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın ən yaxın adamlarından biri sayılır.

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR