» » Elmar Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək

Elmar Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək

Elmar Məmmədyarov Moskvada rusiyalı və ermənistanlı həmkarları ilə görüşəcək
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov aprelin 15-də Moskvada rusiyalı və ermənistanlı həmkarları Sergey Lavrov və Zohrab Mnatsakanyanla görüşəcək.


Djb.az-in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.


Həmçinin martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarna dair qapalı məsləhətləşmələr də aparılacaq.

Görüşdə nazirlərə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer də qatılacaq.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930