» » “Proses xeyrimizə dəyişəcək” – Moskvada Qarabağ görüşü/Şərh

“Proses xeyrimizə dəyişəcək” – Moskvada Qarabağ görüşü/Şərh

“Proses xeyrimizə dəyişəcək” – Moskvada Qarabağ görüşü/Şərh
“Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Hesab edirəm ki, son bir neçə ay ərzində Qərbdə keçirilən görüşlərdən sonra Moskvada belə bir görüşün keçirilməsi, Rusiyanın moderatorluğu əlində saxlamaq cəhdidir”.

Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.


Ekspertin fikrincə, Vaşinqton yenidən Qarabağ münaqişəsinin həlli ilə bağlı fasilə götürüb:


“ABŞ-ın ötən il göstərdiyi fəallıq isə nəticəsiz qaldı. Çünki ABŞ gördü ki, inqilab Ermənistanın müstəqlliyinə gətirib çıxarmadı, ölkə hələ də Rusiyanın nəzrətindədir. Buna görə də, Vaşinqton prosesdən uzaqlaşaraq Minsk qrupu çərçivəsində ənənəvi siyasətinə qayıtdı.


Moskva görüşündə müzakirə ediləcək məsələlərə gəlincə, hesab edirəm ki, Vyanda müzakirə olunan humanitar məsələlərin davamı olaraq, Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması müzakirə oluna bilər. Lakin Ermənistan tərəfinin bu dəfə də ənənəsinə sadiq qalaraq, prosesi uzatmağa cəhd edəcəyi gözləniləndir. Bundan əlavə, Moskva görüşündə atəşkəsin qorunması və digər məsələlər müzakirə edilə bilər. Rusiya isə bununla göstərməyə çalışacaq ki, proses artıq öz nəzrətindədir”.


Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan tərəfi nəticəsiz danışıqlardan çəkilməlidir:


“Onu da qeyd edim ki, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarının sayı artıb. İrəvanın pozucu fəaliyyəti ilə yadda qalan Vyana görüşündən sonra bu, gözlənilən idi. Azərbaycan bunu nəzərə alaraq, güc yoluna üstünlük verməlidir. Diplomatik danışıqların heç bir nəticəsi yoxdur. Nəicə o zaman ola bilər ki, Rusiya kənara çəkilsin.


Hesab edirəm ki, işğalçıya güclü zərbələr endirilsə, proses 180 dərəcə Azərbaycanın lehinə dəyişəcək. Biz Ermənistanın yeni rəhbərliyinə kifayət qədər vaxt verdik ki, ölkədə daxili siyasi sabitliyə nail olsun, hakimiyyətini gücləndirsin. Amma Ermənistan rəhbərliyi tamam bir başqa bir istiqamətə yönəlib”.
Oxşar xəbərlər
«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930