dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə seçkilərinin görünməyən tərəfləri – Şərh

Türkiyə seçkilərinin görünməyən tərəfləri – Şərh
“Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələri bu ölkə üçün yeni imkanlar açır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

Ekspertin fikrincə, son illər dərinləşən siyasi qütbləşməyə, aparıcı siyasi qüvvələr arasındakı rəqabətin az qala düşmənçilik və ölüm-qalım savaşı xarakteri almasına baxmayaraq, seçkilər ümumən demokratik və formalaşmış ənənələr müstəvisində baş tutdu:

“Bu, Türkiyə üçün bir demokratiya testiydi, demokratik, insanlara azad seçmək imkanı verən institutların öz işləkliyini nə dərəcədə qoruyub saxlamasının dəyərləndirilməsiydi. Türkiyə cəmiyyəti və dövləti bu sınaqdan çox uğurla çıxdı. Başqa bir məqam isə aparıcı siyasi qüvvələrin ümumilikdə, demokratik, sivil rəqabət tələblərinə nə dərəcədə əməl edəcəyi, demoktaiki seçkilərin tələb etdiyi məhdudiyyətlərə, məsuliyyət və öhdəliklərə nə dərəcədə sadiq qalacağının sınağıydı.

Bir sıra istisnaları çıxsaq, aprıcı siyasi qüvvələr demokratik rəqabət prinsiplərə və bundan doğan öhdəliklərə sadiq qaldıqlarını nümayiş etdirdilər.

Türkiyə sübut etdi ki, son illərin bütün problemlərinə baxmayaraq işlək demokratik sistemə, demokratik institutlara, demokratiya və ənənələrə sadiq qalan siyasi elitaya malikdir. Bu, bütün dünyaya çox açıq mesaj oldu və Türkiyənin demokratik inkişafı ilə bağlı yaranan tərəddüdləri alt-üst etdi”.

Zaur İbrahimli bildirib ki, son illərin ən böyük uğuru kimi terrorçu təşkilatlara əlaqələri olan, yaxud sırf etnik kimlik üzərindən siyasi təşkilatlanma yolu seçən və seçkilərlə bunu legitimləşdirməyə çalışan qüvvələrə seçicilərin etimadsızlığı oldu:

“Bu, bələdiyyə seçkilərinin ən mühüm amili kimi qeyd olunmalıdır. Bu, eyni zamanda, Türkiyə cəmiyyətinin siyasi inkişafının, siyasi mədəniyyətinin yüksək səviyyəsindən xəbər verir. Habelə Türkiyə və demokratiyasına etimadını göstərir və separatçılar üçün öldürücü zərbə kimi dəyərləndirilə bilər”.

Ekspert hesab edir ki, bu seçkilər hakim AKP və Prezident Rəcəb Tayyib Ərdoğan üçün ciddi mesaj oldu:

“Artıq geridə qalan 48% seçicinin iradəsi institusional olaraq əks olundu. Əvvəlki dövrlərdən fərqli olaraq bu açıq ifadə olunan və bələdiyyə seçkilərinin nəticələrində əks olunan mövqedir. AKP və Ərdoğan artıq yalnız 52% seçicinin iradəsini əsas götürə bilməz və “hodru meydan” prinsipi ilə hərəkət edə bilməz. 21-ci əsrdə ictimai münasibətlərin olduqca mürəkkəb xarakteri bu yanaşmanı qeyri-effektiv edir. Eyni zamanda, hər dəfə xalqı da fatalist seçim qarşısında qoymaq olmaz. Bu xalqın enerjisinin izafi xərclənməsidir.

Bununla belə, Türkiyə bu seçkilərlə bütün dünyaya Şərqdə, müsəlman coğrafiyasında model ölkə olaraq qaldığını nümayiş etdirdi.

Digər yandan isə CHP, İyi Partiya və digər müxalif təşkilatlar da AKP və Ərdoğana cəmiyyətə hələ tələb olduğunu bir daha anladılar. Əslində bu seçkilərin son mesajı siyasi qüvvələrin plüralist demokratiya prinsiplərinə əməl edilməsinin vacibliyinin xatırladılması oldu”.

Oxunub: 522
Oxşar xəbərlər
SON XƏBƏRLƏR