dini radikalizm və ekstremizmlə mübarizə

Trampdan Azərbaycanla bağlı təklifə dəstək

Trampdan Azərbaycanla bağlı təklifə dəstək
ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

Djb.az "Neytralnıy Türkmenistan" qəzetinə istinadla xəbər verir ki, bu barədə Donald Trampın Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda deyilir.

"Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək", - deyə təbrikdə qeyd olunur:

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb.

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR