» » Prezident bir daha təsdiqlədi: ona sığına bilərsiniz, amma...

Prezident bir daha təsdiqlədi: ona sığına bilərsiniz, amma...

Prezident bir daha təsdiqlədi: ona sığına bilərsiniz, amma...

Novruz həm də barış, xoşgörü, humanistlik bayramıdır. Məhz Novruz ərəfəsində bir çox tanınmış şəxsi də əhatə edən irihəcmli əfv sərəncamının imzalanması Prezidentin bir daha milli dəyərlərimizə, xalqımıza və onun fərq qoymadan, istənilən fərdinə münasibətinin, həmçinin şəxsi keyfiyyətinin və insanpərvərliyinin ifadəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin bu gün verdiyi əfv sərəncamına münasibət bildirən Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib. O bildirib ki, əfv sərəncamı gözlənilsə də, onun bu qədər genişhəcmli və çoxşaxəli olacağını, gözləntiləri bu qədər üstələyəcəyini təsəvvür etmirdi:

“Etiraf edirəm ki, bu əfv sərəncamının belə geniş olacağını gözləmirdik. Prezident bir daha ictimaiyyətə müsbət mesaj verdi və böyük bir addım atdı. Əlbəttə, İlham Əliyev prezidentliyi müddətində əfv sərəncamları ilə hər zaman gündəm yaradıb. 2003-cü ildən bu vaxta qədər 33 əfv sərəncamı imzalanıb və 5000-ə yaxın insan azadlığa qovuşub. Amma bu dəfə daha fərqli bir əfv sərəncamı ictimaiyyəti silkələdi. Prezident sanki 2019-cu ili hər bir şəxsin, hər bir vətəndaşın öz üzərində yaxşı mənada hiss etməsini istəyir və bir-birinin ardınca verdiyi sərəncamlar artıq yüzminlərlə ailəyə birbaşa təsir göstərir”.

A.Camalqızı deyib ki, Prezidentin daxili siyasətdə barışçı mövqe sərgiləməsi, siyasi yönündən, baxışından, hakimiyyətə münasibətindən asılı olmayaraq, hamıya əl uzatması, liberal dəyərlərə önəm verməsi bu ilin əvvəlindən məmnunluqla seyr etdiyimiz proseslərin məntiqi davamı olmaqla, əfv sənədində də tamamilə əks olunur:

“Nə baş verir? Bu siyasət bizə nəyi xatırladır? Hələ 2003-cü ildə hakimiyyətə gələndə “mən 50 milyonluq xalqın prezidentiyəm” demişdi cənab İlham Əliyev. Prezident İlham Əliyev illərlə bu prinsipə sadiq olduğunu, hər bir Azərbaycan vətəndaşının, hətta ona səs verməyənlərin də, prezidenti olduğunu nümayiş etdirməkdədir. Bugünkü əfv sərəncamı ilə də Prezident bir daha sübut etdi ki, onun mərhəmətinə, humanistliyinə, genişqəlbliliyinə hər kəs sığına bilər, ancaq əlbəttə ki, sui-istifadə olmaz”.

Politoloq qeyd edib ki, Prezidentin atdığı addımlarla insanlar arzularının reallaşmasına şahidlik edirlər:

“Bu addımlar İlham Əliyevə olan sevgi və rəğbəti daha da gücləndirir. O da aydın görünür ki, Prezident gücü xalqın sevgisindən alır, atdığı bütün addımlarda, həyata keçirdiyi islahatlarda məhz xalqa arxalanır. Əminliklə bildirirəm ki, Prezident bu siyahını təsdiqləyərkən məhz bu amili düşünüb: bu insanlar Novruz bayramını azadlıqda, öz evlərində, öz doğmalarının əhatəsində keçirsinlər. Məncə, bu, Azərbaycan xalqına gözəl bir bayram hədiyyəsi oldu. Bagışlamaq və barışmaq - Novruz fəlsəfəsinin əsasını təşkil edir, böyüklük sayılır. Biz bu gün dövlət başçısından bu unudulmaz və qiymətli mesajı almış olduq”.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031