» » Kəmaləddin Heydərov: "1-ci mikrorayonda tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır"

Kəmaləddin Heydərov: "1-ci mikrorayonda tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır"

Kəmaləddin Heydərov: "1-ci mikrorayonda tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır"

Djb.az-in məlumatına görə, "Bakıda, 1-ci mikrorayonda köhnə tikililərin sökülüb yenidən inşa olunması ilə bağlı Nazirlər Kabinetinin müvafiq sərəncamı var. Ərazidə tikinti işlərinə başlanılması üçün aidiyyəti şirkətlərlə danışıqlar aparılır".

Bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, 1-ci mikrorayonda işlər mərhələli şəkildə aparılacaq, evlər hamısı birdən sökülməyəcək: "Bu elə də asan məsələ deyil. Çünki orada yaşayan əhalinin köçürülməsi məsələsi var".

K. Heydərov qeyd edib ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılır.

Qeyd edək ki, Nazirlər Kabineti 2017-ci ilin martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib.

Qərar sözügedən mikrorayondakı “Xruşşovka”ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur.

Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib.

Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031