» » Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub

Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub

Müdafiə naziri təlimin komanda idarəetmə məntəqəsində olub

Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.

Djb.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.

Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031