dini radikalizm və ekstremizmlə mübarizə

Döyüldüyünü iddia edən azərbaycanlı əsgərlə bağlı istintaq davam edir - Gürcüstanda

Döyüldüyünü iddia edən azərbaycanlı əsgərlə bağlı istintaq davam edir - Gürcüstanda

Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.

ATV.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirib. Nazirliyin məlumatına əsasən ilkin araşdırmalara görə, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb. Belə ki, əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edib. Nazirlikdən bildirilir ki, əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq. Onu da qeyd edək ki, Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub.

Oxunub: 564
Oxşar xəbərlər
SON XƏBƏRLƏR